Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

17 İyul

2017
15:35
767
Sarqsyan Rusiyanın Azərbaycana silah satmasından narahatdır: `Bu, münasibətlərimizin ən ağrılı tərəfidir”

Ermənistan prezidenti Serj Sarqsyan Azərbaycanı silahla  təchiz etdiyinə görə Rusiya ilə münasibətləri yenidən nəzərdən keçirmək barədə fikirləri təhlükəli sayır. FaktXeber.com-un RİA Novosti-yə istinadla  verdiyi məlumata görə, bu barədə Ermənistan prezidentinin  «Armenia» telekanalına müsahibəsindən aydın olur.

«Bu çox təhlükəli sözlərdir, bu çox ağır vəziyyətə gətirib çıxara bilər. Yenidən nəzərdən keçirin deyirlər, kimə baxmaq və (əlaqələri) yaxşılaşdırmaq istəyirsiniz? Türkiyə ilə? Yoxsa NATO-da bizi böyük sevinclə gözləyirlər? Yoxsa hər kəslə düşmənçilik etməli və bəyan etməliyik: Əgər Siz Azərbaycan kömək edirsinizsə, biz təkcə bütün dünyaya qarşıyıq?», - deyə o, bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi  Rusiyadan alınan  hərbi texnika  və döyüş sursatlarının növbəti partiyası ölkəyə çatdırılıb. Bundan əvvəl RF-dan alınan partiya Respublikaya  iyun ayında gətirilmişdi.

Bu, bir çox məsələyə kölgə salır"

Sarqsyan vurğulayıb ki, Azərbaycana silah satılması Rusiya-Ermənistan dostluğunun, hərbi əməkdaşlığının və ümumilikdə ikitərəfli münasibətlərin ən ağrılı tərəfidir.

“Bu, bir çox məsələyə kölgə salır. Digər tərəfdən isə bəzi məqamlar var ki, bizim üçün qəbuledilməz, Rusiya üçün isə qəbuledilən sayıla bilər. Hələ ki, ciddi bir şey baş verməyib. Ağır fəsadlar olmayacaqsa, o zaman biz bunu Rusiyanın regionda vəziyyəti sabitləşdirmək üçün uzunmüddətli siyasi fəaliyyəti kimi qəbul etməliyik".

Məqalədə : Azərbaycan Ermənistan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru