Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 İyul

2017
10:11
782
Sarqsyan: “Erməni ordusu ən müasir silahlara sahib olması ilə ÖYÜNƏ BİLMƏZ”

Erməni ordusu ən müasir silahlara sahib oldması ilə öyünə bilməz. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Ermənistan prezidenti Serj Sarqsyan  Tavuşda əsgər və zabitlərlə görüşündə etiraf edib.

Sarqsyan 1 il əvvəl aprel döyüşlərindən sonra  Almaniya KİV-lərinə müsahibəsi zamanı erməni əsgərinin 80-ci illərin silahı ilə vuruşduğu barədə dediklərini də şərh edib. Həmin fraza ölkədə böyük ictimai rezonansa səbəb olmuşdu, insanlar hərbi siyasi  rəhbərliyi müdafiə üçün ayrılan büdcə vəsaitlərini mənimsəməkdə ittiham etmişdi.

Sarqsyan hərbçilərlə görüşdə verdiyi həmin bəyanatla bağlı da danışıb: «…Dünyada tam müasir silahlarla təchiz olunan ordunun olmadığını anlamaq lazımdır. Nə Amerika, nə Rusiya, nə də digər ölkə bununla öyünə bilməz. Dövlət bu dəbdəbəni təmin etmək iqtidarında deyil».

Sarqsyan etiraf edib ki, Ermənistan ordusu da ən müasir silahların olması ilə öyünə bilməz.

Yeri gəlmişkən qeyd edək ki, Globalpower.org saytı Azərbaycanın hərbi qüdrətini Ermənistandan bir dəfə yarım çox olaraq qiymətləndirib.

Bu göstəricidə heç də təkcə xalis hərbi potensial yox, həm də Ermənistanda olmayan neft ehtiyatları da daxil, siyasi və iqtisadi faktorlar da nəzərə alınıb.

Müxtəlif təşkilatların qiymətləndirməsinə görə yüksək neft qiymətləri Bakıya son illərdə hərbi məqsədlərə daha çox vəsait xərcləmək imkanı verib. Burada ümumi daxili məhsulda hərbi xərclərin faizi də nəzərə alınır.

Mərkəzi Kəşfiyyat İdarəsinin saytında 2014-cü ildə Azərbaycanın hərbi ehtiyaclara ÜDM-in 5,1 faizini, Ermənistanın isə 4,29 faizini xərclədiyi göstərilib. Hər iki ölkə üçün bundan əvvəlki illərdə bu rəqəmlər artsa da, nisbətdə Bakı Yerevandan həmişə daha fəal olub.

Hərbi ekspertlərin fikrincə, məhz bunun nəticəsində Azərbaycan ordusu Ermənistan ordusundan daha yaxşı silahlanıb.

Stokholmda mənzillənmiş SİPRİ sülh araşdırmaları institutunun tədqiqatlarına görə 2011-2015-ci illər olmaqla, son beş ildə Azərbaycanın aldığı silahlar Rusiya ixracının 5 faizini təşkil edib. Halbuki bundan əvvəlki 10 ildə bu rəqəm cəmi 0,7 faiz olub.

2015-ci ilin iyulunda Rusiyanın “Eksport voorujeniy” jurnalına müsahibəsində Ermənistan müdafiə nazirinin müavini Alik Mirzabekyan demişdi ki, Yerevanı, Bakının əsas etibarilə hücum hərbi texnikası və silahları, xüsusən də “Smerç” zenit-raket qurğuları, TOS-1A “Solntsepek” ağır raket sistemləri, T-90 tankları və MTU-90 körpüsalanları alması narahat edir.

Məqalədə : Sarqsyan 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru