Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2018
11:32
San-Fransiskoda hinduları alçaldan heykəl götürüləcək - FOTO

ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində parlament binası önündəki heykəlin Amerikanın yerli xalqlarını alçaltdığı və buna görə də götürülməsinə qərar verilib.

FaktXəbər-in məlumatına görə, söhbət bir hindunun kovboy ilə katolik missionerin ayaqları altına yıxıldığını göstərən "Early Days" (İlk Günlər) heykəlindən gedir.

San-Fransisko Sənət Komissiyasının sözçüsü Keyt Patterson açıqlamasında, heykəlin ən qısa zamanda götürüləcəyini bildirib. Patterson təhlükəsizlik məqsədi ilə dəqiq tarix söyləməyəcəyini deyib.

Qeyd edək ki, Amerikanın əsl sahibi olan hindular heykəlin götürülməsi üçün uzun müddətdir kampaniya aparırdı.

Bələdiyyənin Kassasiya Kabineti aprel ayında Sənət Komissiyanın heykəli götürmək qərarını "ifadə azadlığını pozmaq" iddiası ilə geri qaytarmışdı. Amma uzunmüddətli təzyiqlərdən sonra məsələni yenidən müzakirəyə çıxarmışdı.

Система Orphus
Məqalədə : hindu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 11:58



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com