Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Yanvar

2019
12:53
783
Sami Yusuf yeni albomunda Alim Qasımovla birgə mahnı ifa edəcək

Azərbaycan əsilli, tanınmış britaniyalı müğənni Sami Yusuf yeni albomunun hazırlıqlarına başlayıb. 

Müğənni albomun ilin sonunadək təhvil veriləcəyini bildirib.

S.Yusuf yeni albomunun "Ecstasy” ("Ekstaz") adlanacağını da deyib: "Qəribə bir çağırışa sahib olduğu üçün bu adı qəsdən seçmişik. İnsanlar bunun bir dərman olduğunu düşünür, amma, əslində, ekstaz insanların mənəvi bir təcrübədən keçərkən əldə etdiyi və ya çatdığı bir vəziyyətdir”.

Sənətçi vurğulayıb ki, yeni albomunda Azərbaycanın xalq artisti, tanınmış muğam ustadı Alim Qasımovla yanaşı, tanınmış dünya musiqiçiləri ilə də əməkdaşlıq edəcək.

Alim Qasımovun mətbuat katibi Səadət Möhübova “Report”a açıqlmasında məlumatı təsdiqləyib: "Bu barədə sənətçilər arasında Şamaxıda keçirilən Nəsimi festivalında ayaqüstü bir söhbət olub. Biz davamını gözləyirik. Təklifdən sonra Alim Qasımov əməkdaşlıq barədə düşünəcək".

Xatırladaq ki, ilk albomu “Al-Muallim”lə məşhurlaşan Azərbaycan əsilli Sami Yusuf eyni zamanda BMT-nin sülh elçisidir. Dünyaca məşhur müğənni və bəstəkar “Time” jurnalı tərəfindən "İslamın ən böyük rok ulduzu” və "Dünyanın ən məşhur ingilis müsəlmanı” elan olunub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Sami Yusuf 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-01-2019 04:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com