Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Avqust

2018
12:13
Sabiq müşavir: Tramp iclasda əsəbdən kağız çeynəyirdi

ABŞ Prezidenti Donald Trampın keçmiş müavini Omarosa Nyuman Ağ Ev günlərini təsvir etdiyi yeni kitabında Trampı "irqçi" olmaqla günahlandırıb, Tramp isə iddiaları təkzib edib.

FaktXəbər-in məlumatına görə, Amerika ictimaiyyətində mübahisə yaradan və 14 avqustda bazara çıxacaq "Balanssız" (Unhinged) adlı kitabın bəzi hissələri mediada dərc olunub.

Nyuman Trampın iş üsullarına və yanaşmalarına da sərt iradlar səsləndirib.

Nyuman kitabında uzun illər Trampın təqdim etdiyi "Çıraq" adlı proqramın iştirakçısı olduğunu və burada ikən Trampın afro-amerikalılar üçün "zənci" ifadəsini bir neçə dəfə istifadə etdiyini xatırladıb.

O həmçinin Ağ Evdə Trampın müşavirlərindən olan Kellyanne Konvayın filipinli əri üçün də bir çox dəfə irqçi ifadələri açıqdan şəkildə səsləndirdiyini yazıb.

Trampın psixoloji problemlərinin daha da pisləşdiyini deyən Nyuman, bir iclasda Trampı əsəbdən kağız çeynəyərkən gördüyünü də yazıb.

Nyuman kitabında yazır ki, 2017-ci ilin dekabr ayından vəzifəsini başa çatdırdıqdan sonra ona Tramp haqda danışmaması üçün "susmaq payı" olaraq aylıq 15 min dollar təklif edilib, ancaq bu təklifi qəbul etməyib.

Sözügedən kitaba qısa müddət ərzində reaksiya verən Tramp isə Nyumanı "ayaqqabı"ya bənzədib.

Nyumanı yalan danışmaqda ittiham edən Tramp, kitabda deyilənlərin həqiqəti əks etdirmədiyini söyləyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Tramp 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2018 22:45



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com