Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

06 Mart

2017
17:02
817
Sabahkı valyuta hərracında dolların məzənnəsi düşə bilər

Sabah, martın 7-də Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birgə keçirəcəyi növbəti valyuta hərracında ABŞ dollarının rəsmi məzənnəsi bir qədər geriləyə bilər. "Report"un analitik qrupu bildirir ki, AMB-nin son bir həftədə keçirdiyi depozit hərraclarında, not və Maliyyə Nazirliyinin istiqraz yerləşdirilməsi üzrə hərraclarda 270 mln. manata yaxın vəsait sterlizasiya olunub. Nəticədə, bank sistemində manat qıtlığı yaranıb və bu, özünü bu gün nağd valyuta bazarında göstərib. Bankların bəziləri dolları limitlə almağa başlayıb.

Analitik qrup banklarda yaranan manat qıtlığı səbəbindən sabahkı valyuta hərracına çıxarılması ehtimal edilən 35 mln. dolların hamısına tələbin olmayacağını, nəticədə, dolların məzənnəsinin düşəcəyini proqnozlaşdırır. Analitik qrup həmçinin ABŞ Federal Ehtiyat Sisteminin (FED) martın 14-15-də keçirəcəyi növbəti iclasında uçot dərəcəsini artırmasından sonra dünya valyuta bazarında dolların ucuzlaşacağını, bunun da manatın möhkəmlənməyə davam etməsinə kömək göstərəcəyini ehtimal edir. Lakin, bütün bu sadalananlara baxmayaraq, manatda kəskin dalğalanmalar gözlənilmir. Rəsmi məzənnə 1,75 AZN/USD səviyyəsinə yaxın qalacaq, dollardakı ucuzlaşma isə 0,01 manatı ötməyəcək. 

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru