Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

24 Dekabr

2016
12:24
813
Sabaha olan hava PROQNOZU

Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə verilən məlumata görə, dekabrın 25-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Axşam bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 2-4° isti, gündüz 6-8° isti, Bakıda gecə 2-4° isti, gündüz 6-8° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 80-90% təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir. 

Məqalədə : hava 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru