Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

06 Yanvar

2017
12:37
753
Sabah hava necə olacaq?

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə zəif duman, axşam çiskin olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 2-5° isti, gündüz 8-13° isti, Bakıda gecə 2-4° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 7-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, sonrakı iki gündə meteoroloji amillərin mülayim tərəddüdü əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4 °-dək isti, gündüz 9-14°, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

Məqalədə : buludlu hava 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru