Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Dekabr

2016
13:58
564
Sabah hava buludlu olacaq

Bakı və Abşeron yarımadasında dekabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gözlənilir. Gecə və axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.

 

Arabir güclənən cənub-qərb küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, havanın temperaturunun gecə 1-4° isti, gündüz  6-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi normadan yüksək 774 mm civə sütunundan 768 mm civə sütununa enəcək. 

 

Nisbi rütubət gecə 75-85 %, gündüz  60-65 % təşkil edəcək.

 

Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz, lakin gündüz bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir.

 

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz  0-5° isti olacağı gözlənilir.

Məqalədə : buludlu hava 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru