Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

04 Mart

2017
21:55
828
Sabah 9-cu sinif şagirdləri buraxılış imtahanı verəcək - VİDEO

Sabah 5 şəhər və rayonun 9-cu sinif şagirdləri buraxılış imtahanında iştirak edəcəklər. Ancaq imtahandan xaric edilməmək üçün onların diqqət etməli olduqları bir sıra məqamlar var.

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanında iştirak edəcək şagirdlər üçün tövsiyələr hazırlayıb.

Şagirdlər ən əsası imtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini, tünd-göy və ya qara rəngdə yazan diyircəkli qələm və çertyoj alətlərini gətirməyi unutmamalıdırlar. İmtahan binasına buraxılış vəsiqəsində göstərilmiş vaxtdan gec olmayaraq gəlmək və ancaq vərəqədə göstərilən yerdə əyləşmək lazımdır.

İmtahan zalında müəyyən qaydalara riayət etmək lazımdır, əks halda imtahandan uzaqlaşdırıla bilərsiniz. Belə ki, imtahana telefon, planşet, qulaqlıq, çanta, kitab, dəftər, hesablama maşını, şparqalka, alışqan, siqaret və digər əlavə vəsaitlər gətirmək, imtahan qurtarmamış zalı tərk etmək, sakitliyi pozmaq qadağandır. İmtahanda köçürmək və digər şagirdlərin köçürməsinə şarait yaratmaq da qəti qadağandır. İmtahanın nəticələri emal olunarkən belə hal aşkarlanarsa, həmin şagirdlərin nəticələri ləğv ediləcək.

Sual kitabçasını, cavab vərəqlərini və inşa vərəqini qatlamaq, əzmək, orada lazımsız qeydlər etmək olmaz. Butün yazılar və həllər ancaq cavab vərəqində yazılmalıdır. Hər bir fənnə aid tapşırıqların cavabları onun üçün ayrılmış cavab vərəqində qeyd olunmalıdır.

Şagirdlər sualları cavablandırarkən də müəyyən məqamlara diqqət etməlidirlər. Belə ki, səhv cavabların nəticələri düz cavablara təsir etmir. İki və daha çox sayda cavab qaralanarsa, həmin tapşırığın cavabı səhv hesab olunacaq.

Ana dilindən 6-10, 16-20, riyaziyyatdan isə bütün tapşırıqlar yazı işi tapşırıqlarıdır. Bu tapşırıqlara verilən cavabı və tapşırığa aid fikirləri həmin tapşırıq üçün ayrılmış hissəyə çərçivədən kənara çıxmadan səliqəli və oxunaqlı xətlə yazmaq lazımdır. Riyaziyyatdan həlli yazılmayan tapşırıqlar doğru cavab yazıldığı halda belə "0" balla qiymətləndiriləcək.

Riyaziyyat fənnindən 28-30 saylı tapşırıqlar situasiyaya aiddir. Təqdim olunmuş situasiyanı diqqətlə oxuyun və orada verilmiş məlumatlardan istifadə edərək həmin tapşırıqları cavablandırın. Nəzərə alın ki, hər tapşırıqda alınan nəticə həmin situasiya ilə bağlı növbəti tapşırıqlarda istifadə oluna bilər.

Tapşırıqları cavblandırmaq üçün ayrılmış vaxt tamam olduqda cavab vərəqləri və sual kitabçası mütləq nəzarətçiyə təhvil verilməlidir. Esse yazacaq olan şagirdlər cavab vərəqlərini və sual kitabçasını təhvil veridikdən sonra esse vərəqini təhvil almalıdır. Esse vərəqində verilmiş üç mövzudan biri seçilməli və mövzunun adı mütləq ayrılmış sahədə yazılmalıdır. Esseyə aid plan tərtib edilməli və həmin plan əsasında ən azı 1 səhifə - 180 və ya daha çox söz həcmində esse yazılmalıdır. (xezerxeber)

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru