Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Avqust

2017
10:14
629
Saakaşvili: Rusiya Belarusu işğal etməyə hazırlaşır

FaktXəbər-in verdiyi məlumata görə, Ukraynanın Odessa vilayətinin eks qubernatoru Mixail Saakaşvili bildirib ki, Rusiya Belarusu anneksiya etməyə hazırlaşır. Bu barədə Saakaşvili "BNS" agentliyinə müsahibəsində danışıb. O, əlavə edib ki, Rusiya işğal planını "Zapad" ("Qərb") adlı təlim zamanı həyata keçirəcək. 

Ukrayna vətəndaşlığından məhrum olan siyasətçi həmçinin deyib ki, Rusiya təhlükəsi yox olmayıb və getdikcə artır: "Sadəcə, hazırda ukraynalılar öz sərhədlərində bu təhlükəni ləngidir".

Qeyd edək ki, Rusiya və Belarus bu il 14-20 sentyabr tarixində Belarus ərazisində  "Zapad" adlı təlim keçirəcək. 100 min hərbçinin iştirak edəcəyi gözlənilən təlimlər Qərbdə böyük narahatlıq yaradıb.

Məqalədə : Saakaşvili 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru