Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Sentyabr

2017
12:50
2099
Saakaşvili: Mənim pasportum Poroşenkodadır

FaktXəbər-in verdiyi məlumata görə, Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili bildirib ki, onun pasportu Ukrayna prezidenti Pyotr Poroşenkonun kabinetində yerləşir. Bu iddia ilə Lvovda yerləşən "Leopolis" hotelində Saakaşvili özü çıxış edib. 

Ukrayna dövlət sərhəd xidmətinin əməkdaşları ölkə ərazisinə qanunsuz daxil olduğu üçün Mixail Saakaşviliyə hüquq pozuntusu protokolunu təqdim etmək istəsələr də, sabiq qubernator bundan imtina edib. O, protokolu qanun pozuntularına görə qəbul etmək istəməyib.

Hüquq-mühafizə orqanı əməkdaşlarının sənədləri təqdim etmək xahişinə cavab olaraq Saakaşvili bunları deyib: "Rəsmən bəyan edirəm ki, mənim pasportum Pyotr Alekseyeviç Poroşenkonun otağında yerləşir". 

Saakaşvilinin sözlərinə görə, sentyabrın 10-də polislər avtobusda ondan pasportunu oğurlayaraq birbaşa prezidentin kabinetinə aparıblar. 

Məqalədə : Saakaşvili 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2018 21:42



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com