Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2018
11:21
990
Ərzaq məhsullarına 5 ayda 7 milyard manat xərcləmişik

2018-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,4% üstələyərək 13,7 mlrd. manata bərabər olub.

Dövlət Statistik Komitəsindən FaktXəbər-ə verilən xəbərə görə, ticarət dövriyyəsinin 6,9 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,8 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-may aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,8% və 3% üstələyib.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2017-ci ilin yanvar-may aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 13 697,7 102,4
o cümlədən:
ərzaq məhsulları   6 190,2 102,0
içkilər və tütün məmulatları 668,5 100,4
toxuculuq məhsulları, geyim və ayaqqabılar 2 470,7 103,2
elektrik malları və mebellər 841,3 102,7
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 98,6 101,9
əczaçılıq və tibbi mallar 175,3 102,3
avtomobil yanacağı 798,4 101,6
digər qeyri-ərzaq məhsulları      2 454,7 103,4

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,2%-i ərzaq məhsullarının, 4,9%-i içkilər və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2%-i elektrik malları və mebellərin, 5,8%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2018-ci ilin yanvar-may aylarında istehlak məhsullarının 13,9%-i ticarət müəssisələri, 52,3%-i fərdi sahibkarlar tərəfindən, 33,8%-i isə bazar və yarmarkalarda satılıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 23,3% artıb, fərdi sahibkarlar üzrə 0,1%, bazar və yarmarkalarda 0,5% azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  279,7 manat və ya 2017-ci ilin yanvar-may aylarının göstəricisindən nominal ifadədə 13,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 140,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 139,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Məqalədə : ərzaq məhsulları 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2018 17:22



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com