Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2018
14:58
3261
İrəvanda 100 min insan Fransa meydanına tərəf irəliləyir - FOTO - VİDEO

Deputat Nikola Paşinyan tərəfdarlarını İrəvandakı küçələri tərk eədərk Fransa meydanına toplaşmağa çağırıb. FaktXəbər-in yerli mediaya istinadən verdiyi məlumata görə, Serj Sarqisyan əleyhinə toplaşan narazı kütlənin sayı 100 mini keçib.

12:52 - Yerevanda deputat Nikola Paşinyan və yüzlərlə nümayişçi Ermənistan Dövlət Pedaqoji Universitetinin binasına zorla daxil olublar. FaktXəbər bildirir ki, onlar universitetdə "Qoşulun" və "Addım at, Sarqsyanı devir" şüarları səsləndiriblər.

Xatırladaq ki, dünən Nikola Paşinyan tərəfdarlarını İrəvanda körpülər, prospektlər, küçələr və metroları bağlamağa çağırıb. Nümayişçilər artıq bu gün səhər tezdən bir sıra mühüm küçə və prospektləri qismən bağlayıb.

10:11 - Ermənistanda keçirilən etiraz aksiyası ilə əlaqədar paytaxt İrəvanın mərkəzi bağlanıb. FaktXəbər-in erməni mediasına istinadən verdiyi məlumata görə, aksiyanı "Mülki müqavilə" partiyası təşkil edib.

Partiyanın siyasi şurasının üzvü Nikola Paşinyan bildirib ki, Arşakunyaç prospekti, Aboyana, Moskovyan və Saryan küçələri bağlanıb.

Aksiyaya səbəb Serj Sarqsyanın baş nazir postuna namizədliyini irəli sürməsidir. Narazı kütlə onun hökumət rəhbəri postuna keçməsini istəmir.

Ermənistan polisi nümayişçilərə müraciət edərək onları asayişi pozmamağa çağırıb və deputat Nikola Paşinyanı isə vətəndaşlarının hüquq və azadlıqlarını təhlükə altına qoymamağa dəvət edib.

Qeyd edək ki, aprelin 13-də Serj Sarqsyanın baş nazir olmasının qarşısının alınması məqsədi ilə Yerevanda bir sutka fasiləsiz mitinq keçirilib. Aprelin 14-də Ermənistanın hakim Respublikaçılar Partiyası S.Sarqsyanın baş nazir postuna namizədliyini rəsmi olaraq irəli sürüb. Baş nazirin namizədliyi parlamentin aprelin 17-də keçiriləcək iclasında təsdiqlənəcək.

Məqalədə : İrəvan aksiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-07-2018 10:05



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com