Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 Yanvar

2017
11:52
585
Ruslan Abışov `İnter`in düşərgəsini tərk edib - RƏSMİ

Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov "İnter" klubunun düşərgəsini tərk edib. Klubdan verilən məlumata görə, yarımmüdafiəçi "Neftçi"nin düşərgəsinə yollanıb.

Hər iki komanda hazırda Türkiyənin Antalya bölgəsində qış təlim-məşq toplanışındadır. Tezliklə 30 yaşlı yarımmüdafiəçi ilə müqavilənin imzalanması gözlənilir. Bu məqsədlə futbolçunun meneceri günün ikinci yarısında Antalyaya yola düşəcək. Müqavilə müddəti açıqlanmır.

Qeyd edək ki, Ruslan Abışov 2006 - 2012-ci illərdə "Neftçi"də çıxış edib. O, karyerası ərzində "Xəzər Lənkəran", "Qəbələ" və Rusiyanın "Rubin" klublarında da forma geyinib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru