Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

25 İyul

2017
12:09
1057
Rusiyaya qarşı sanksiyalar nələrə gətirib çıxaracaq? - Ekspert rəyi

Avropa İttifaqı ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına cavab hazırlayır. FaktXeber.com-un bildirdiyinə görə, bu barədə Financial Times nəşri yazır. 

Məlumata əsasən, Brüsseldə məhdudiyyətlərin Avropa şirkətlərinin işinə mane olmayacağına dair zəmanət  əldə etmək istəyirlər.

Politoloq Vladimir Şapovalovun fikrincə, bu dəfə Amerika sanksiyaları ilk növbədə Avropaya zərbə vuracaq. Bu barədə o, "Zvezda" radiosuna müsahibəsində bildirib.

 

"Bu, hazırda Rusiya və bir sıra Aİ ölkələrinin reallaşdırmaq istədiyi ən nəhəng layihəyə, daha dəqiq desək,  "Şimal axını - 2" layihəsinə birbaşa təsir edə bilər", - deyə ekspert qeyd edib.

 

 "Faktiki olaraq etiraf etməliyik ki, sanksiyaların hədəfi sadədir - Avropa və Rusiya ilə rəqabətdə Amerika biznesinin mövqeyini yaxşılaşdırmaq", - deyə Şapovalov əlavə edib.

Məqalədə :  Rusiya sanksiya 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2017 05:17

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru