Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

15 Noyabr

2017
09:21
870
Rusiyanın Müdafiə Nazirliyi videoyundan edilən skrinşota aydınlıq gətirdi - VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, Rusiyanın Müdafiə Nazirliyi 9 noyabr tarixində Əl-Bukəmal şəhərindən qaçarkən İŞİD terrorçularına ABŞ koalisiyasının yardım etməsi ilə bağlı yayılan şəkillərə aydınlıq gətirib. Nazirlik açıqlayıb ki, videoyundan edilən skrinşotlar əslində mülki əməkdaş tərəfindən səhvən məlumata əlavə olunub. 

"Rusiya Müdafiə Nazirliyi mülki şəxsin ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İŞİD terrorçularına dəstək göstərməsi ilə bağlı səhvən yerləşdirdiyi şəkilləri araşdırır",- deyə məlumatda bildirilir. 

Nazirlik həmçinin açıqlayıb ki, edilən müraciətə baxmayaraq Əl-Bukəmal şəhərindən qaçan terrorçuların hərəkət etdiyi perimetr üzrə ABŞ tərəfinin zərbə endirməməsi, beynəlxalq koalisiya qüvvələrinin İŞİD-ə göstərdiyi dəstəyin bariz nümunəsidir. 

Qeyd edək ki, dünən Rusiya Müdafiə Nazirliyinin müraciətində İŞİD terrorçularına ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin dəstək göstərməsi barədə məlumat yayılmışdı.

Məqalədə : İŞİD 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru