Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Dekabr

2016
16:27
627
Rusiyanın Azərbaycandakı səfirliyində təhlükəsizlik tədbirləri gücləndirilib

"Hamımız hələ də şokdayıq. Rusiya və sovet diplomatiyası tarixində bu, həddindən artıq qeyri-adi hadisədir."

Bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin dünən Ankarada Rusiya Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsini şərh edərkən deyib.

Səfirin sözlərinə görə, məlum hadisədən sonra təhlükəsizlik tədbirləri gücləndirilib, Rusiyanın Azərbaycandakı səfirliyi gücləndirilmiş şəkildə mühafizə olunur.

Xatırladaq ki, Rusiyanın Ankaradakı səfirinə silahlı hücumdan sonra Rusiya Prezidenti Vladimir Putin ölkə xaricindəki diplomatik missiyalarda təhlükəsizliyin gücləndirilməsinə dair göstəriş verib. (Report)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru