Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 İyun

2017
17:04
489
Rusiya MN Suriya təyyarəsinin vurulmasından sonra ABŞ-la əlaqələri dayandırıb

Rusiya Müdafiə Nazirliyi iyunun 19-dan etibarən Suriya səmasında insidentlərin qarşısının alınması haqqında memorandum çərçivəsində Birləşmiş Ştatlarla əməkdaşlığı dayandırıb. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə RF hərbi qurumu xəbər verib.

Müdafiə Nazirliyindən vurğulanıb ki, ABŞ  aviasiyasının rəsmi Dəməşqə  qarşı fəaliyyətləri beynəlxalq hüquqların kobud şəkildə pozulması, həmçinin Suriya qarşı  hərbi  təcavüzdür.

Xatırladaq ki, ABŞ başda olmaqla Koalisiya Qüvvələri bazar günü Rəqqada Suriya HHQ-nin təyyarəsini vurub«Rəqqa şəhəri yaxınlığında İŞİD-ə qarşı hərbi tapşırığı yerinə yetirən təyyarəmiz vurulub», - deyə Suriya Müdafiə Nazirliyi xəbər verib.

«Bundan əlavə, Suriyanın hava məkanında  həmin vaxt  Rusiya HKQ-nin  təyyarələri tapşırıq yerinə yetirirdilər. Bununla belə  Koalisiya Qüvvələri  Əl-Uleyd (Qətər) aviabazasının hava komandanlığı və Xmeymim aviabazası arasında Suriya səmasında insidentlərin qarşısının alınması üçün mövcud kanalı istifadə etməyib», - deyə RF hərbi qurumundan bildirilib.

Hərbçilərin sözlərinə görə, bundan sonra Suriya səmasında  döyüş tapşırığı yerinə yetirən Rusiya aviasiyası Fərat çayından qərbində beynəlxalq koalisiya qüvvələrinin istənilən  obyektlərini  hava  hədəfi kimi müşaiyyətə qəbul edəcək.

Qeyd edək ki, Rusiya və ABŞ arasında Suriyada əməliyyatlar zamanı insidentlərin qarşısının alınması və aviasiyanın uçuşlarının təhlükəsizliyinin təmin edilməsi haqqında memorandum 2015-ci il oktyabrın 20-də imzalanıb.

Sənəd Suriya Ərəb Respublikasının hava məkanında bütün təyyarə və pilotsuz uçan aparatların fəaliyyətini tənzimləyir və uçuşların təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub.

Məqalədə : Suriya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru