Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

13 Sentyabr

2017
09:51
573
Rusiya hərbi polisi İŞİD-in “paytaxtı” İdlibə girib FOTO-VİDEO

Rusiya Müdafiə Nazirliyinin hərbi polisi  Suriyada İŞİD-çilərin «paytaxtı» olan  İdlib əyalətinə girib.

Rusiya Federasiyası  təhlükəsizliyin  təmini və atəşkəs rejiminin  dəstəklənməsi ilə əlaqədar Suriya Ərəb Respublikasına kömək etməyə davam edir. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə «Ruskaya Vesna» xəbər yayıb.

Bundan əlavə de-eskalasiya zonalarında, həmçinin terrorçulardan təmizlənən ərazilərin humanitar vəziyyətin yaxşılaşdırılması işləri görülür. Bu məqsədlə İdlib əyalətinə  hərbi polis göndərilib.

Lakin İdlibdə vəziyyətin yaxşılaşdırılması üçün görülən bu tədbirlər  terror təşkilatları və qeyri-qanuni silahlı qruplaşmalar tərəfindən  düşməncəsinə qarşılanır.

«Silahlıların liderləri rusiyalı hərbçilərə müqavimət göstərməyə çağırış edir, bəzən isə açıq şəkildə onları silahla hədələyirlər», - deyə mənbədən bildirilib.

Silahlı dəstələrin yeganə məqsədi hərbi fəaliyyətlərin davam etməsidir, bu zaman dinc sakinlərin arasında qurbanların artması isə onları maraqlandırmır.

Rusiya komandanlığı isə açıq şəkildə bəyan edib ki, RF hərbçilərinə qarşı  heç bir provokasiya  cəzasız qalmayacaq.

Yeri gəlmişkən qeyd edək ki, Deyr əz-Zor yaxınlığında 700-dən artıq cəsədin olduğu kütləvi məzarlıq tapılıb. LIGAnews-un məlumatına görə, bu qəbirlərdə ehtimal ki, ABŞ-ın rəhbərliyi ilə koalisiya qüvvələrinin  aviazərbələri nəticəsində həlak olan dinc sakinlərin cəsədi basdırılıb.

Məqalədə : İdlib Deyr əz-Zor 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru