Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2018
10:32
Rusiyada polislər evi CİNLƏRDƏN təmizləmək üçün keşiş çağırdılar

Rusiyanın Tomsk vtilayətində «potreqeys»lə mübarizə üçün  polislər keşiş çağırmalı olublar. FaktXeber.com-un məlumatına görə, bu barədə  tomsk.ru xəbər yayıb.

Rusiya DİN-in yerli idarə rəisinin raportunda bildirilir ki, Maraksa qəsəbəsinin sakini hüquqmühafizə orqanlarına müraciət edərək «evdə uçan əşyalarla» bağlı problemi həll eləməyə çağırıb. 

Polislər hadisə yerində olarkən onların gözləri önündə rəflərdən kitablar düşməyə başlayır, otaqda heç kəs olmadığı halda ağac uçmağa başlayır. Sənəddə bildirilir ki, göstərilən hadisələrlə bağlı məntiqli izah tapılmır.

DİN-in yerli bölməsinin xahişi ilə şər qüvvələrlə  mübarizə üçün keşişlər cəlb olunur. Rayon eparxiyasının  katibi, ieromonax Simeon Koynov portala təsdiqləyib ki, hazırda  problemli evdə ruhanilər işləyirlər: onlar təmizləmə ayinlər keçiriblər və cinləri «əhilləşdirmək» üçün gecə orda qalıblar.

Eparxiyada  hesab edirlər ki, ev sakinləri ezoterikaya aludə olublar və müəyyən ayinlər keçirilirlər, bu səbəbdən də, evdə belə hadisələr baş verir. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : polterqeys cinlər ruh 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 08:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com