Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

19 Aprel

2017
08:43
665
Rusiya təyyarələrini Ermənistanda havaya qaldırdı

Rusiya Cənub Hərbi Dairəsinin (CHD) döyüş aviasiyası və hava hücumundan müdafiə bölmələri Ermənistanda döyüş hazırlığı səviyyəsinin yoxlanılması məqsədi ilə təlimlərə başlayıb.

FaktXəbər-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə CHD mətbuat xidmətinin rəisi polkovnik Vadim Astafyev bildirib.  

Hərbçilər, həmçinin, “Kamhud” və “Alagöz” dağ poliqonlarında zenit-raket kompleksləri qarşılıqlı uzlaşma şəraitində hava hədəflərinin vurulması və müşayiət edilməsi kimi müxtəlif döyüş tapşırıqlarını praktiki şəkildə icra edəcəklər.  

Təlimlərə 500-dək hərbçi, 100-dən çox hərbi xüsusi texnika, o cümlədən, “Buk-M1-2”, “S-300B” zenit-raket kompleksləri, Rusiyanın Ermənistandakı “Erebuni” aviabazasından MİQ-29 qırıcı təyyarələr, “Mi-24P” və “Mi-8MT” helikopterləri cəlb olunub.  

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-11-2017 22:21

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru