Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

06 Mart

2017
15:10
1236
Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların səviyyəsindən razıdır

"Rusiya müxtəlif formatlar çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tərəfləri üçün müvafiq həll yolları tapılmasına yardım edəcək".

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra Moskvada keçirdiyi mətbuat konfransında deyib.

"Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışdıq. Rusiya həm Bakı və İrəvanla ikitərəfli əlaqələr çərçivəsində, həm də Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli görüşləri formatında tərəflər üçün məqbul həll yolları tapmaq məsələsində kömək göstərməyə davam edəcək" - S.Lavrov vurğulayıb.

Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin - ABŞ və Fransanın da iştirakı ilə ərsəyə gələn prinsipial yanaşmalar üzrə mümkün bütün addımları atır.

Rusiya XİN başçısı danışıqların səviyyəsindən məmnuniyyətini də dilə gətirib: "Prezidentlərimizin tapşırıqlarının yerinə yetirilməsi üzərində işləri davam etdirəcəyik."

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2017 17:07

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru