Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

07 Aprel

2017
17:08
918
Rusiya `Admiral Qriqoroviç` freqatını Suriya sahillərinə göndərdi

FaktXəbər-in verdiyi məlumata görə, Rusiya Qara Dəniz Donanmasının "Admiral Qriqoroviç" freqatı yaxın saatlarda Qara dəniz boğazından keçərək Aralıq dənizinə daxil olacaq. Bu barədə "Rosiskaya qəzeta" Qara Dəniz Donanmasının informasiya təminatının rəisi Vyaçeslav Truxaçevə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, "Admiral Qriqoroviç" freqatı Suriya sahillərində Rusiya donanmasına dəstək üçün göndərilib.

"Admiral Qriqoroviç" Rusiya və Türkiyə Hərbi Dəniz Qüvvələrinin birgə təlimində iştirakdan sonra Novorossiyskdən çıxıb və Aralıq dənizinə istiqamət götürüb.
 
Ehtimal olunur ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin freqatı "Tartus" limanında Suriya üzrə maddi-texniki təchizat məntəqəsində gedəcək.
 
"Admiral Qriqoroviç" 2014-cü il martın 14-də suya endirilib və Qara Dəniz Donanmasına 2016-ci ilin iyununda qoşulub. Hazırda gəmi səkkiz qanadlı "Kalibr" raketləri, "А-190" tipli 100 mm-lik artileriya qurğusu, 533 mm-lik torpeda və 100 mm-lik çaplı "Kа-31" vertolyotları ilə təchiz olunub.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-11-2017 22:25

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru