Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

08 Avqust

2017
16:07
732
Ruhani yeni Nazirlər Kabinetini parlamentə təqdim etdi

FaktXəbər-in verdiyi məlumata görə, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani 12-ci dövr hökumətinə təklif etdiyi nazirlərin siyahısını İslami Şura Məclisinə təqdim edib. Bu barədə "Parstoday" saytı məlumat verib. Məlumata görə, 17 nəfərin daxil olduğu yeni hökumət üzvlüyünə namizədlər arasında qadın yoxdur.

Həsən Ruhaninin komandasında nazir postuna ən gənc namizədin 36 yaşı var. Məhəmmədcavad Azəri-Cehrumi informasiya və elmi-texnologiya naziri vəzifəsinə namizəd göstərilib. Ən yaşlı namizəd isə 65 yaşlı hazırkı neft naziri Bijen Namdar-Zəngənədir. Xarici işlər naziri MəhəmmədCavad Zərif (58 yaşında) də öz vəzifəsini qoruyub. 

Nazir postuna başqa namizədlər bunlardır: Təhsil naziri Məhəmməd Becai (54 yaş), informasiya və kəşfiyyat naziri (ETTELAAT) Mahmud Ələvi (63), iqtisadiyyat naziri Məsud Kərbasian (61), səhiyyə naziri Həsən Qazızadə-Haşimi (58), əmək və sosial işlər naziri Əli Rəbii (62), kənd təsərrüfatı naziri Mahmud Hüccəti (62), ədliyyə naziri Əlirza Avai, müdafiə naziri Əmir Hatəmi (51), yol və şəhərsalma naziri Abbas Axundi (60), sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriətmədari (57), mədəniyyət və irşad naziri Abbas Salehi (54), daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli (58), energetika naziri Həbibullah Bitrərəf (61), gənclik və idman naziri Məsud Sultanifər (58).

Qeyd edək ki, əvvəlki hökumətdə çalışmış 9 nazir öz vəzifəsini qoruyub, hökumətə 8 yeni üzv daxil edilib.

Məqalədə : Həsən Ruhani 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 15:50

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru