Ruhani: Xəzəryanı ölkələr nüvə proqramını qiymətli beynəlxalq saziş kimi müdafiə edir

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Avqust

2018
15:55
2151
Ruhani: Xəzəryanı ölkələr nüvə proqramını qiymətli beynəlxalq saziş kimi müdafiə edir

FaktXeber.com-un TASS-a sitinadla verdiyi məlumata görə, İİR prezidenti Həsən Ruhani  Qazaxıstanda keçirilən “Xəzər Beşliyi”nin sammitində  danışıqların iştirakçısı olan ölkələrin İranın nüvə proqrmı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planını dəstəkləmələrindən razılığını bildirib. 

“Çox sevindirici haldır ki, Xəzəryanı ölkələr ticari-iqtisadi əlaqələrlə kifayətlənmirlər və ayrı-ayrı ölkələrin həyata keçirdikləri birtərəfli davranışlarla bağlı da qarşılıqlı iş görürlər... Xəzəryanı ölkələr Hərtərəfli Fəaliyyət Planını qiymətli beynəlxalq saziş kimi  müdafiə edirlər” , - deyə o, bildirib.

Xatırladaq ki, bir gün öncə ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyaların iki mərhələdə bərpası ilə bağlı fərman imzalayıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2018 16:54



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com