Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 Oktyabr

2017
10:59
447
Ruhani: ABŞ-ın regiondakı 20 illik planını pozduq

İranın hər zaman məzlum ölkələrin yanında yer aldığını bildirən prezident Həsən Ruhani, "İran, İraq, Suriya və Türkiyədəki kürdləri sevirik. Kürdlərə bir təzyiq tətbiq edilməsini istəmirik, ancaq rəsmiləri etdikləri səhvin əvəzini ödəməlidir. Kürd xalqı sülhsevər bir xalq kimi inkişaf etmək istəyir. Buna da hörmətlə yanaşırıq", - deyib.

FaktXəbər-in Bərzaniyə yaxınlığı ilə tanınan "Rudaw" saytına istinadən məlumatına görə, Ruhani öz ölkəsində yaşayan kürdlərə səslənərək belə deyib: "Sizə yüz faiz etibar edirik. Bölgədəki bəzi siyasətçilərin etdiyi səhvləri sizə aid deyil. Çünki sizlər İranın böyük bir hissəsini təşkil edirsiniz. Fədakar bir xalqsınız. İran xalqı üçün İraqa qarşı mübarizə apardınız".

İŞİD-lə müharibəyə də toxunan Ruhani, "ABŞ İŞİD terrorçuları 20 il regionda saxlamaq və ondan istifadə etmək istəyirdi. Ancaq İran ordusu onların bütün planlarını alt-üst etdi, İraqı, Suriyanı və Livanı İŞİD-dən xilas etdi", - deyə bildirib.

Məqalədə : Ruhani 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru