Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Dekabr

2016
12:35
1572
Ruh bədənə qalib gələrsə, nə baş verər?

Yuxuda bir saat ərzində bir ilin keçdiyini və bir çox işlər görüldüyünü görürsən. Oyanıq halda o cür zaman müddətində Qurani-Kərimi bir neçə dəfə xətm etmək olar. Bu vəziyyət övliyalar üçün oyaq halda baş verir. Çünki onlar ruhun dairəsinə yaxınlaşırlar. Ruh onsuz da zamanla əlaqədə deyil. Ruhu cismani qalib olan övliyanın işləri, hərəkətləri, sürəti ruhun mizanı ilə cərəyan edir.

Buna İslamda "teyyül-ərz" deyilir. Yəni məkanı aşaraq bir anda müxtəlif yerlərdə görünmək.

Dağlarla yer üzünün sahəsi genişlənir. O kiçik qabarcıqlar da mədənin sahəsini böyüdür. Ağciyər açıldıqda 250 kvadrat metr olur. Bunlar Allahın məkan daxilində məkan yaratdığına dair bir misaldır. Demək, zaman içində zaman da yarada bilər. Yaradıb da: yuxu, teyyül-ərz və merac.

Biz biliyimiz və təcrübəmizlə sərhədlənmişik. Danışıqların, vərdişlərin əsiri olmuşuq. Günəş işığının təxminən 150.000.000 kilometrlik bir məsafəni 8 dəqiqəyə qət edərək Yerə çatmasına artıq təəccüb etmirik. Halbuki bu çox ecazkar bir qüdrət möcüzəsidir. "Allah-təalanın işıqda yerləşdirdiyi bu möcüzəni ruhu cəsədinə qalib gəlmiş bir sevgili bəndəsinə də göstərə bilər", - deyəndə, dərhal etirazlar başlayır. Nə üçün? Çünki biz təcrübə məhkumuyuq və belə bir şeyə heç vaxt şahid olmamışıq. Bu hadisəni hər gün seyr etsək, o da adiləşəcək, ona da təəccüb etməməyə başlayacağıq.

Bu gün şəkillərin, videonun və səslərin televiziya, internet vasitəsilə ani vaxt ərzində bir çox məkana ötürülməsini kifayət qədər normal qarşılayırıq. Amma Bilqeysin taxtının çox qısa zaman ərzində Həzrəti Süleymanın yanına gətirilməsini ağlımıza sığışdıra bilmirik. Bir gün səs və şəkillər kimi əşyanın da nəqlinə nail olunsa, o zaman onu da çox normal qəbul edəcəyik, ona da təəccüb etməməyə başlayacağıq.

Ruhun sürəti nə işıqla müqayisə edilə bilər, nə də səslə. Xəyal da ruhun bir xidmətçisidir. Bir anda cənnətə qədər gedirik. Ağıl isə ruhun başa düşmə alətidir. İnsan bu alətlə bir anda ulduzlara qədər gedib, onları təfəkkür edə bilir.

Ruh cəsədə qalib gələrsə, insanın bir neçə məkanda bir anda olması da çox asandır. Yuxuda ruhumuz bədənimizə müəyyən qədər qalib gəlir. Çox uzaq məsafələrə bir anda gedir, keçmişə və gələcəyə asanlıqla keçirik. İllər əvvəl dünyasını dəyişmiş babamıza da baş çəkirik, nəvələrimizi də görürük.

Mənən tərəqqi edərək mələkləri geridə qoyan ruh, onların çox rahatlıqla etdiyi bir işi niyə edə bilmir? Bir anda bir neçə məkanda niyə ola bilmir?

Dr.Ələddin Bəşər / Türkiyəli professor

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru