Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2018
16:31
KXDR cənublu jurnalistləri ölkəyə buraxmır

Jurnalistlər Assosiasiyası Cənubi Koreyadan olan media nümayəndələrinin Koreya Xalq Demokratik Respublikasındakı (KXDR) Pxunqeri nüvə poliqonunun bağlanması ilə əlaqədar mərasimə qatılmaları üçün rəsmi Pxenyandan icazə ala bilmir. FaktXəbər bildirir ki, bu barədə "RT" məlumat yayıb.

Koreyanın Birləşdirmə Nazirliyi açıqlayb ki, jurnalistlərin ölkəyə daxil olması üçün bir neçə dəfə müraciət olunsa da, müsbət cavab alınmayıb.

Bildirilir ki, jurnalistlər viza almaq üçün Çinə yola düşüb və Pxenyan tərəfindən qəbul ediləcəyi təqdirdə onlar mayın 22-də Şimali Koreyanın Vonsan şəhərinə gedəcəklər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : KXDR 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 23:20



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com