Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Aprel

2014
16:39
2696
Bəzi şəxslər təklif edirlər ki...
Vahid Əhmədov: “Hansısa ittifaqa qoşulmaq və ya dövlətin himayəsi altına girmək şəhidlərimizə hörmətsizlik olar"

Milli Məclisin ötən iclasında millət vəkili Vahid Əhmədov diqqətçəkən bir çıxış edib. Ukraynada baş verən hadisələrlə bağlı çıxış edən deputat deyib ki, Ukrayna ətrafında baş verən proseslərdən ruhlanan bəzi qüvvələr Azərbaycanda tələskənliyə yol veriblər. O qeyd edib ki, onlar bununla iç üzlərini ortaya qoydular: 

"Təəssüf ki, bu cür qüvvələr hakimiyyət strukturlarına da sıza bilir. Qlobal səviyyədə şəbəkələşmiş gizli bir gücün hakimiyyət strukturlarına sızması Azərbaycan dövlətçiliyi üçün təhlükəlidir.” 

Bəs sözügedən qüvvələrlə bağlı hər hansı bir işlər görülürmü? Mövcud şəraitdə onların zərərsizləşdirilməsi nə dərəcədə mümkündür? 

FaktXeber.com-un sualları ilə bağlı açıqlama verən millət vəkili Vahid Əhmədov bildirdi ki,  Azərbaycanın müstəqilliyinin qarantı prezidentdir. 

Azərbaycan prezidenti də ölkənin müstəqilliyinin qorunub saxlanmasında maraqlı olduğunu söyləyən millət vəkili, “hesab edirəm ki, Azərbaycan xalqı prezidenti ilə birlikdə öz müstəqilliyini qoruyub saxlamağa qadirdir”, - deyə bildirdi: “Azərbaycan necə ki, 25 ildir müstəqildir bundan sonra da müstəqil olacaq. Bəzi şəxslər təklif edirlər ki, Azərbaycan Rusiyanın müəllif olduğu Avrasiya və Gömrük İttifaqına üzv olarsa, Qarabağ problemi həllini tapacaq. Lakin fikirləşmirlər ki, əgər Qarabağ problemi öz həllini tapsaydı, bu günə qədər olardı. Yəni buna aldanıb hansısa ittifaqa qoşulmaq və ya dövlətin himayəsi altına girmək şəhidlərimizə hörmətsizlik olar. Bunun müqabilində şəhidlərimizin qanı bizi heç vaxt bağışlamaz.” 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru