Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Aprel

2014
16:30
2107
`Baku Fires`i Astanada çətin sınaq gözləyir

FaktXəbər-in verdiyi məlumata görə, aprelin 26-da Astana şəhərində Ümumdünya Boks Seriyasının (WSB) yarımfinal mərhələsinin ilk görüşü keçiriləcək. Azərbaycanın “Baku Fires” klubu səfərdə Qazaxıstanın “Astana Arlans” komandası ilə qarşılaşacaq.

Cari çempionatda “Baku Fires” və “Astana Arlans” qrup mərhələsində 2 dəfə üz-üzə gəliblər. Qazaxıstanda yerli komanda 4:1, Qubada isə eyni hesabla “Baku Fires” qələbə qazanmışdı.

Komandaların heyətləri artıq məlumdur:

Astana Arlans - Baku Fires

49 kq. Mardan Berikbayev - Xamza Nametov
56 kq. Bağdat Alimbekov - Qairbek Qermaxanov
64 kq. Janibek Ajibay - Heybətulla Hacəliyev
75 kq. Sergey Derevyançenko - Soltan Migitinov
91 kq. Vasili Levit - Abdulqadir Abdullayev

Qazaxıstan klubunun ən tanınan siması ukraynalı Sergey Derevyançenkodur. WSB liqasında 22 döyüşdə qalib gələn Derevyançenko yalnız bir qarşılaşmada məğlub olub. Qeyd edək ki, Derevyançenko ilə Migitinov artıq bir dəfə qarşılaşıblar. 3 il əvvəl liqanın fərdi yarşlarının çempionu olmaq uğrunda döyüşdə milli komandamızın üzvü təcrübəli rəqibinə uduzmuşdu. Ancaq Ukrayna Boks Federasiyası Derevyançenkonun London Olimpiadasına yollanmasına icazə vermədiyindən onun lisenziyası Migitinova təqdim olunmuşdu. Seçmə komandamızın üzvü bu mövsüm 1 görüşə çıxıb və qələbə qazanıb.

Vasili Levit də Astana təmsilçisinin əsas boksçularındandır. Cari mövsümdə 5 dəfə rinqə çıxan qazaxıstanlı boksçu bütün görüşlərini qələbə ilə başa vurub. Levit 1-ci turda Abdulqadir Abdullayevi də məğlub edib.

Qermaxanovun rəqibi olacaq 25 yaşlı Alimbekov da “Astana Arlans”ın təcrübəli boksçularındandır. 2010/2011-ci illər mövsümündən Qazaxıstan komandasının heyətində çıxış edən idmançı 8 qələbə qazanıb. Alimbekov cari çempionatda iki döyüş keçirib və bunların birində qalibiyyət əldə edib. O, 1-ci turda Qazaxıstanda Məhəmməd Qurbanovu üstələmişdi.

Qeyd edək ki, aprelin 24-də keçiriləcək digər yarımfinal görüşündə Rusiya komandası Moskvada “Cuba Domaderos”la qarşılaşacaq.

“Astana Arlans” və “Baku Fires” komandaları arasında cavab qarşılaşması mayın 3-də Quba Olimpiya Kompleksində keçiriləcək.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru