Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Aprel

2014
16:01
2099
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni iş yerləri təklif edir

Azərbaycan  Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 99 vəzifə üzrə 103 vakant yeri müsabiqəyə çıxarıb. Müsabiqəyə çıxarılan vakant vəzifələrin siyahısı və müsabiqədə iştirak şərtləri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın saytında (www.dqmk.gov.az), həmçinin nazirliyin rəsmi saytında (www.mlspp.gov.az) tanış olmaq mümkündür.

Son vaxtlarda nazirliyin fəaliyyətinin gücləndirilməsi və şəffaflığın təmin olunması məqsədilə aparılan işlərin tərkib hissəsi kimi, öz vəzifə funksiyalarını düzgün yerinə yetirməyən və dövlət qulluqçusunun etik davranış qaydalarına uyğun olmayan hallara yol verən əməkdaşlar vəzifələrindən azad ediliblər. Bununla əlaqədar dövlət qulluğunun inzibati vəzifələri üzrə yeni vakant yerlərə layiqli kadrların cəlb olunması məqsədilə nazirlik tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası ilə əməkdaşlıq daha da gücləndirilib. Belə ki, bir müddət öncə  Komissiyanın keçirdiyi müsabiqələrdə və müsahibə mərhələlərində uğur qazanmış, Komissiyanın ehtiyat kadrlar siyahısında olan iqtisadçı və ya hüquqşünas ixtisaslarına malik namizədlər barədə məlumatlar alınıb. Məlumatlar əsasında 35 nəfər gənc nazirliyə dəvət olunaraq, onlara müvafiq vəzifələr təklif edilmişdi. Onlardan sosial müdafiə sahəsində işləmək qabiliyyəti olan 16 nəfər gənc öz seçimlərinə uyğun olaraq rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərində inzibati vəzifələr üzrə vakant yerlərə təyin edilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru