Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

23 Aprel

2014
16:01
2752
Avtomobil krediti üçün VÖEN tələbi əslində nəyə xidmət edir?
Məhəmməd Talıblı: “Hazırda gəlirləri qeydiyyata düşməyən şəxslər öz qazancları hesabına krediti ödəyə bilirlər”

Vergilər Nazirliyi avtomobil lizinq xidmətlərinin göstərilməsinə məhdudiyyətlər tətbiq edib. Artıq yeni qərara əsasən VÖEN-i olmayan fiziki şəxslərə lizinq yolu ilə avtomobil verilməyəcək. Yəni maşın almaq istəyən şəxslər öncə VÖEN açdırmalı və orada gəlirləri barədə bəyannamə təqdim etməlidirlər. Nəzərə alsaq ki, lizinq və kredit yolu ilə avtomobil almaq istəyənlərin əksəriyyəti cəmiyyətin kasıb və orta təbəqələnin nümayəndələridir, belə olan halda yeni qadağa nəyə xidmət edir? Məgər belə bir tələbi nəğd qiymətə dəyəri 80, 90, 100, 150 min manata olan avtomobil alan şəxslərə tətbiq edilməsi daha da məqsədə uyğun deyilmi? 

FaktXeber.com-un sualları ilə bağlı açıqlama verən, iqtisadçı-ekspert, İqtisadi Təhlil İnstitutunun sədri Məhəmməd Talıblı maraqlı fikirlər səsləndirdi. 

Müsahib bildirdi ki, bu cür məhdudiyyətlərin tətbiqi əslində problemli kreditlərin azalmasına və eyni zamanda kredit istifadəçilərinin mövcud kreditlərinin geri dönüş prosesinin səmərələşdirilməsinə xidmət etməlidir: “Lakin indiki halda ölkədə avtomobil alacaq şəxslərə xüsusi öhdəliklər və süni maneələr yaradılır. Fiziki şəxslər bu və ya başqa şəkildə özəl gəlirə sahibdirlər. Onlar hər hansı bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmayıblar. Lakin onların VÖEN-ə sahib olması fiziki şəxs kimi kommersiya fəaliyyəti ilə məşğul olmaq anlamına gəlmir. Ona görə də burada əsas məqsəd sadəcə olaraq fiziki və hüquqi şəxs ödəyicilərinin sayının süni sürətdə artımına təşviq etməkdir. Eyni zamanda fiziki və hüquqi şəxs ödəyicilərinin sayının statistikası artacaq ki, bu da hökumətə lazımlı bir məsələdir.” 

Məhəmməd bəy onu da bildirdi ki, hazırda gəlirləri qeydiyyata düşməyən şəxslər öz gəlirləri hesabına krediti ödəyə bilirlər: “Əslində indiki halda belə maneələrin yaradılması ödəyici qismində çıxış edən fiziki və hüquqi şəxslər üçün sərfəlidir. Lakin bu günə qədər heç bir orqana hesabat verməyən və vergi ödəməyən şəxslər avtomobil almaq istərkən müəyyən problemlərlə üzləşməli olacaqlar. Belə ki, bir neçə aydan bir vergi orqanlarına, Sosial Müdafiə Fonduna rüblük olaraq hesabat verməlidirlər.” 

Bu cür maneələrin əslində süni şəkildə yaradıldığını söyləyən ekspert, “halbuki bankların kifayət qədər imkanları vardır ki, onlar müəyyən üsullardan istifadə edərək verdikləri kreditlərin geri dönüşünü daha da optimallaşdırsınlar”, - deyə bildirdi.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 03:23

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru