Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Aprel

2014
15:50
2559
ARDNŞ Azərbaycanda qazdoldurma stansiyaları tikəcək

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ölkədə qazdoldurma stansiyaları tikmək istəyir. Bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar “Azəriqaz” İstehsalat Birliyi və "Məişət Maye Qaz" QSC tərəfindən birgə müəssisəsi təsis edilib: “Artıq bu müəssisə formalaşmaq üzrədir. ARDNŞ tərəfindən Gürcüstanda maye qazın yanacaqdoldurma məntəqəsində satışı təcrübəsi aparılıb. Bu iqtisadi cəhətdən sərfəlidir”.

S. Qasımov deyib ki, böyük şəhərlərdə artıq nəqliyyat vasitələri üçün benzindən deyil, maye qazdan istifadə edilir: “Gələcəkdə ictimai nəqliyyatda ucuz yanacaqdan istifadə edilərsə, bu həm insanlar, həm də şirkətlər üçün sərfəli olar”./Apa

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru