Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Aprel

2014
15:15
2485
ARNDŞ-nın borcu 7 mlrd. dollara çatıb

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) konsolidasiya olunmuş borcu 6,8 mlrd. ABŞ dolları təşkil edir. Bunu jurnalistlərə açıqlamasında şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.

S. Qasımov bildirib ki, ümumi borcdan 1,1 mlrd. dolları kapital qoyuluşunun, 1 mlrd. dolları isə  kommersiya təşkilatlarına olan borcun payına düşür.

“Şirkətin cəlb etdiyi vəsaitlər böyük layihələrə qoyulub. Türkiyədəki layihə üçün 1 milyard dollardan çox, Bakıdakı Gəmiqayırma zavodunun tikintisi üçün 1 milyard dollara qədər Neft Fondundan vəsait götürülüb. “Azəri-Çıraq-Günəşli” layihəsindən 1,67% pay almaq üçün 485 milyon dollara qədər vəsait cəlb olunub. TANAP, TAP, “Şahdəniz 2” layihəsi üçün yaranan şirkətə Neft Fondunun büdcəsindən vəsait ayrılıb”, - deyə o bildirib.

ARDNŞ-a olan borclara toxunan S. Qasımov bildirib ki, şirkətə ən çox borcu olan “Azərenerji” ASC-dir ki, bu məbləğ 280 mln. manata çatıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru