Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

23 Aprel

2014
15:00
2152
Jurnalistlərin və onlayn fəalların `davam edən həbsi` AŞ hesabatında

Ötən ilki hesabatdan sonra ölkədə "irəliləyişlər əldə edilməyib, ...təmayüllər demək olar ki, hamısı mənfi istiqamətdə gedir", Avropa Şurasının İnsan Haqları Komissarı Nils Muiznieks belə deyib.

Komissarın aldığı məlumata görə "jurnalistlərin və onlayn fəalların davam edən həbsi, QHT-lər barədə qanunlara dəyişiklər" bu mənfi təmayülləri təsdiq edir. Xüsusən ifadə azadlığı, birləşmə azadlığı, sərbəst toplaşma azadlığı və mülkiyyət azadlığının avqust ayından necə dəyişdiyini sənədləşdirən hesabata əsasən ölkədə insan haqlarının durumu geriləməkdədir.

Cənab Muiznieks ötən ilin may ayında Azərbaycana baş çəkəndən bəri ölkəyə qayıtmayıb. Yenilənmiş hesabat "Azərbaycan daxilindən və xaricindən bir sıra mənbənin", o cümlədən QHT-lərin, jurnalistlərin və fəalların verdiyi məlumatlar üzərində qurulub.

Azərbaycan hakimiyyəti hesabatla bağlı şərhlərində bu hesabatda "əsassız iddiaların" yer aldığını, mənbələrin "mötəbərliyindən şühbəli" olduğunu deyib.

Hesabatda bir sıra yeni həbslərin - o cümlədən, SMDTM rəhbəri Anar Məmmədlinin, İsmayıllı iğtişaşlarına görə həbs cəzası alan siyasətçilər İlqar Məmmədov və Tofiq Yaqublunun və jurnalist Pərviz Həşimlinin həbs olunmasının Komissar üçün narahatlıq doğurduğu bildirilir.

Xüsusilə İsmayıllı məhkumları barədə verilən həbs cəzasını şərh edən Komissar məhkəmə prosesində "mühüm qaydasızlıqların" müşahidə olunduğunu bildirib.

Hesabata cavabında Azərbaycan hakimiyyəti “mühüm qaydasızlıqların” olduğu məhkəmə prosesi barədə məlumatlardan xəbərsiz olduğunu deyib.

Azərbaycan hakimiyyəti jurnalistlərin peşə fəaliyyətlərinə görə həbs olunmadığını bildirsə də, cənab Muiznieks deyib ki, bu həbslərin "internetdə tənqidi fikirlərin söylənməsindən sonra" baş verməsi barədə məlumatları qeydə alıb.

Hesabatın açıqlanmasının "Ayna-Zerkalo" qəzeti əməkdaşı Rauf Mirqədirovun həbsinə təsadüf etməsini şərh edən cənab Muiznieks jurnalistə qarşı ittihamları "narahatlıqla" qarşıladığını və məsələnin "çox problemli" olduğunu deyib.

"Bu, oxşar həbslər silsiləsinin son nümunəsidir", o deyib.

"İlk dəfə deyil ki, Azərbaycan-Ermənistan münaqişəsində vətəndaş diplomatiyasında iştirak etməyə çalışan adam ... casusluqda ittiham olunur".

Cənab Muiznieks həmçinin Azərbaycanın Avropa Şurasının Nazirlər Kabinetinə may ayından sədrlik edəcəyini şərh edib.

"Ümid edirəm ki, sədrlik Azərbaycan hakimiyyətini bəzi müsbət dəyişiklərə və tənqidlərin qarşısını almağa həvəsləndirəcək", o deyib.

"Azərbaycan sədrlik etməyəcəkdisə də mən bu məsələləri qaldırardım - Olimpiya oyunlarına, hər hansı digər beynəlxalq tədbirə ev sahibliyi etməsindən asılı olmayaraq".

AŞ Komissarı deyib ki, hər hansı fundamental dəyişikliyin ediləcəyi barədə işarə almasa da "bu məsələləri qaldırmağa davam" edəcək.

"Bu məsələlər üzrə işləmək Azərbaycan hakimiyyətini də maraqlandırmalıdır, axı onlar həm ölkənin daxilində, həm də xaricində bu barədə tənqid olunublar".BBC

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 03:28

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru