Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Aprel

2014
14:58
1201
Qanunu pozan polisləri ölümcül vəziyyətə saldılar

FaktXəbər-in "China Daily"-ə istinadən verdiyi məlumata görə, Çinin şərqində yerləşən Zhejianq əyalətində qanunu pozan hüquq-mühafizə orqanının əməkdaşları yerli əhali tərəfindən sərt şəkildə cəzalandırılıb. Hadisə Lingxi şəhərində yol kənarında səyyar ticarətlə məşğul olan qadının döyülməsindən sonra başlayıb. Polis əməkdaşları səlahiyyətlərini aşaraq çinli qadına ağır xəsarət yetiriblər.

Hadisə zamanı qadının döyülməsini görən digər çinli də vəhşicəsinə döyülüb. Daha sonra mərkəzə gələn polislər xeyli sayda insanın etirazı ilə qarşılaşıblar. Sakinlərdən qaçmaq üçün avtobusların birinə daxil olan polislər orada çox qala bilməyiblər. Çünki izdihamlı kütlə avtobusu çevirərək polisləri oradan çıxarıblar. Bundan sonra Lingxi şəhərinin sakinləri qanunu pozan polisləri ölümcül vəziyyətə salıbar. Hazırda xəstəxanaya yerləşdirilən polsilərin ikisinin vəziyyəti ağırdır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru