Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Aprel

2014
14:18
993
9 qat dünya çempionundan nazirə sərt cavab: `Utansınlar`

9 qat dünya çempionundan nazirə sərt cavab: “Utansınlar”Cüdo və sambo üzrə 9 qat dünya çempionu Zülfiyyə Hüseynova gənclər və idman naziri Azad Rəhimovun “Onun ən yaxşı nəticəsi hansıdır? Qeyri-olimpiya idman növü olan samboda çempion titulu. Gənc qadındır, yaxşı maaşlı işi var. Təqaüd niyə ödənməlidir? İstənilən halda, nazirlik bu məsələdə keçmiş idmançının söylədiyi kimi heç bir maneə yaratmır” açıqlamasına cavab verib.

Bu barədə AzNews.az-a danışan xanım idmançı bildirib ki, cüdoda yetərincə uğurları var və prezident təqaüdü almağa layiqdir: “Əgər nazirlik maneə yaratmırsa, təqaüdlə bağlı cənab prezidentə yazdığım müraciət niyə gedib çatmayıb? İkincisi, əgər cənab nazir cüdonun olimpiya növü olduğunu bilmirsə, mən ona nə deyə bilərəm? SSRİ-də cüdo spartakiadasında üçüncü, SSRİ çempionatında isə ikinci yeri tutmuşam. Dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısı, hərbiçilərin olimpiya çempionu, hərbiçilərin və tələbələrin dünya çempionuyam. Bir neçə dəfə Avropada beşinci olmuşam, iki olimpiya oyunlarının iştirakçısıyam. Bütün bunlar hamısı cüdoda qazandığım nailiyyətdir. Yəqin ki, cənab nazir cüdonu olimpiya idman növü saymır, yaxud da mənim nəticələrimdən xəbərsizdir”. “Çox istərdim ki, cənab nazir bunu oxuyub nəticələrimi bilsin”- deyən Z.Hüseynova Azad Rəhimovu üzbəüz teledebata çağırıb: “Əgər mane olmurlarsa, adama deyərlər ki, kim mıənim müraciətimin üstünə qol çəkməyib və cənab prezidentə göndərməyib? İstənilən telekanalda canlı debat olsun. Oturaq üzbəüz danışaq. Görək kim haqlıdır, kim haqsız? Niyə haqdan ədalətdən qaçırlar? Hər dəfə ölkəmizin prezidenti deyir ki, “bəsdir, haqq-ədaləti boğursunuz”. Heç olmasa utansınlar bu sözdən ki, prezident dediyi sözü qulaq ardına vururlar. Onsuz da gec-tez haqq ədalət yerini tutacaq. İnanıram ki, İnşallah cənab prezident bu müsahibələrimin birini oxuyub onların hamısını necə lazımdır yerinə oturdacaq”

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru