Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Aprel

2014
12:16
1938
Qubalılar yenə `alma poliqonu`na axışıb

Artıq bir neçə ildir aprel ayında Qubada tonlarla məhsul xarab olduğundan çaya tökülür (Bu yer el arasında "alma poliqonu" da adlanır) Buna səbəb isə alma satışında alıcılıq qabiliyyətinin demək olar ki, tamamilə olmamasıdır. Bağbanların sözlərinə görə, bir neçə ay öncə məhsulun kiloqramı 0.10 qəpiyə idisə, son bir ayda ümumiyyətlə almanın "üzünə" belə baxan yoxdur.

Mütəxəssislər isə problemdən çıxış yolunu emal müəssisələrinin yaradılmasında görür. Kənd təsərrüfatı üzrə mütəxəssis Nadir Yaqubov hesab edir ki, belə olduğu təqdirdə tonlarla alma itkiyə getməz.

Bölgədə meyvə emalı müəssisələrinin yaradılmasına gəlincə Quba Ərazi Kənd Təsərrüfatı İdarəsindənbildirilib ki, bunun üçün fermerlər bir neçə ildə səbr etməlidir. Məsələ ilə bağlı konkret tədbir 2014-2018-ci illər dövlət proqramı çərçivəsində görüləcək.

Qeyd edək ki, cari ildə Qubada rayon üzrə mövcud 14 min 300 hektar meyvə bağından ümumilikdə 120 min tondan artıq məhsul yığılıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru