Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Aprel

2014
12:30
1779
Sərt cəzalarla gəncləri siyasi proseslərdən uzaqlaşdırmaq istəyirlər
İqbal Ağazadə: “Düşünürəm ki, gənclərə qarşı bu qədər ağır cəzaların verilməsi daha çox profilaktikaya oxşayır”

“Baş verənlər məncə sırf maarifsizliyin olması ilə əlaqədardır. Eyni halda cəmiyyətin verdiyi reaksiyalar isə məsələlərin mahiyyətinə yanaşmaq və hakimiyyət nümayəndələrinə qarşı münasibətdən asılıdır. Siyavuş Novruzovun yerində hər birimiz ola bilərdik və bu məsələ çox normal bir şeydir.” 

Bu sözləri FaktXeber.com-a Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bir neçə gün bundan öncə parlamentdə NİDA-çı gənclərlə bağlı çıxışına cavab olaraq YAP-çı deputat Siyavuş Novruzovun “molotov kokteyli” əvəzinə “molotov kotleti” ifadəsi işlətməsinə cəmiyyətin bu qədər əhəmiyyət verməsinə münasibət bildirərkən qeyd edib. 

Hər hansı sözün başqa bir formada ifadə edilməsinin istənilən şəxslə bağlı baş verməsinin mümkün olduğunu söyləyən İqbal bəy, “lakin bu cür hallara siyasi don geyindirmək, daha mühüm məsələləri qoyub digərlərinin üzərində fokuslanmaq iki şeydən qaynaqlanır. Bunlar hakimiyyətə və hakimiyyətdə təmsil edilənlərə münasibətin bərbad vəziyyətdə olması və məsələlərin mahiyyətini anlamadan daha az əhəmiyyətli hallara önəm verməkdən ibarətdir”, - deyə bildirdi: 

”Düşünürəm ki, gənclərə qarşı bu qədər ağır cəzaların verilməsi daha çox profilaktikaya oxşayır. Sərt cəzalara əl atmaqla daha çox gəncin prosesə qatılmasını qarşısını almaq istəyirlər. Təəssüf ki, müəyyən zaman kəsiyində bu tipli hallar öz effektini göstərir.”

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru