Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Aprel

2014
12:05
1530
Sabirabadın əkin sahələri `Mərakeş çəyirtkələri`nin cəngindədir

Sabirabad rayonunun bəzi əkin sahələrinə "Mərakeş çəyirtkələri" darışıb. Rayonun Moranlı, Sarxanbəyli, Bala Həşimxanlı, Ələmbəyli və çöl ərazilərdə çəyirtkələrin kütləviliyi müşahidə olunur.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzi Mərakeş çəyitkələrinə qarşı mübarizə tədbirləri görür. Bitki Mühafizəsi Mərkəzinin Sabirabad, Saatlı, İmişli və digər rayon şöbələri də mübarizə tədbirləri həyata keçirir.

Sabirabad Bitki Mühafizə Mərkəzinin rəisi Ramazan Aydınovun verdiyi məlumata görə, çəyirtkələri məhv etmək üçün mərkəzin əməkdaşları və texnika işə cəlb olunub. Mütəxəssislərin fəaliyyəti üçün bütün lazımı tədbirlər görülüb. Bildirilib ki, xüsusi təhlükəli ziyanvericilər qrupuna aid olan "Mərakeş çəyirtkələri"nin qarşısı vaxtında alınmalıdır, çünki bu çəyirtkələr qısa vaxtda məhsula, bütün kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vura bilər.

Mübarizə tədbirlərinə cəlb olunan mütəxəssislər sahələri diqqətlə gəzərək ziyanvericilərin yuvacıqlarını müəyyən edir, texnikaların həmin əraziləri qısa vaxtda dərmanlamasını təmin edirlər.apa

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru