Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Aprel

2014
11:29
2575
Təhsil Nazirliyi xaricdə təhsil alan tələbələri ictimai fənlərdən niyə məhrum edib?
Məlahət Mürşüdlü: “İnsanların şəxsiyyət kimi formalaşmasında ictimai fənlərin böyük rolu var”

Xarici ölkələrdə təhsil almış müəllimlərin bəzi fənləri tədris etməsi qadağan olunub. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu qaydalarında qeyd olunub ki, ümumtəhsil məktəblərinin tədris planında “İctimai fənlər” bölmələrində nəzərdə tutulan fənlərin tədris edilməsi üçün xarici ölkələrdə təhsil almış müəllimlərin saathesabı, əvəzçilik qaydasında və ya müvəqqəti əmək müqaviləsi ilə işə qəbulu qadağandır.

Nazirliyin yeni qərarı ilə bağlı FaktXeber.com-a açıqlama verən Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü bildirdi ki, xaricdə təhsil alan tələbələrə nazirliyin təsdiq etdiyi proqram və dərsliklər əsasında dərs deməyə şərait yaradılmalıdır. 

Xaricdə təhsil alan tələbələrin həmin ölkənin dərs vəsaitinə və proqramına uyğun tədris keçdiyini söyləyən ekspert, “indi həmin tələbələrə Təhsil Nazirliyinin tərtib etdiyi proqram və dərsliklər əsasında dərs demək qadağan edilməməlidir. Bu reallığa uyğundur”, - deyə bildirdi: “Amerika təhsil sistemi ilə təhsil alan tələbə, həmin proqram və dərsliklər əsasında öz ölkəsində dərs deməsi mümkün deyil. Burada yalnız hansısa müqayisələndirmələr aparmaq mümkündür.”

“Bəs niyə yalnız ictimai fənlərin tədrisi qadağan edilib”, - sualını da cavablandıran Məlahət xanım bildirdi ki, ictimai fənlərdən fərqli olaraq, dəqiq fənləri əhatə edən teoremlər, düsturlar, aksiomalar dünyanın hər yerində eyni cür qəbul olunur: “İctimai fənlər isə ölkə daxilinə və beynəlxalq müqayisələrə əsaslana fənlərdir. Təhsil Nazirliyi yəqin ki, yeni qərarını bu baxımdan izah etməyə çalışacaq. Eyni halda insanların şəxsiyyət kimi formalaşmasında, adət-ənənə və milli mentalitet kimi məsələlərin inkişafında ictimai fənlərin böyük rolu var.”

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru