Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Aprel

2014
11:09
1339
Luqansk əhalisi istəyinə nail oldu
Vilayətin gələcək taleyi 11 mayda keçiriləcək referendum zamanı müəyyən ediləcək

FaktXəbər-in verdiyi məlumata görə, Ukraynanın Luqansk vilayətində keçirilən etiraz aksiyaları sonda əhalinin istəyinin təmin olunması ilə nəticələnib. Belə ki, dünən Luqansk Təhlükəsizlik Xidmətinin binasında şura toplantısı zamanı 11 mayda referendumun keçirilməsi qərara alınıb.

Luqanskın gələcək taleyini müəyyənləşdirəcək referemdum iki mərhələdən ibarət olacaq. Əvvəlcə 11 mayda vilayətin Ukraynanın tərkibində muxtar respublika olub-olmamasını müəyyənləşdirmək üçün səsvermə keçiriləcək. Referendumun nəticələrindən sonra 18 may tarixində Luqanskın müstəqilliyini elan etməsinə baxılacaq.

Qeyd edək ki, dünən keçirilən şura toplantısında Luqanksa yeni qubernator da təyin edilib. Bu vəzifə cənub-şərq ordusunun komandiri Valeri Bolotova həvalə olunub. O, bu vaxt ərzində Luqanskda təhlükəsizlik və məhkəmə sistemini nəzarətində saxlayacaq.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru