Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Aprel

2014
11:04
2278
Azərbaycanda mobil nömrələrin sayı əhalinin sayından çoxdur

FaktXəbər-in verdiyi məlumata görə, Azərbaycanda ötən ilin nəticələrinə əsasən, mobil nömrələrin sayı 9 milyon 720 min 600 nömrə təşkil edib.Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, onlardan 7 milyon 957 min 800 aktiv, 1 milyon 762 min 600-ü isə passiv nömrələrdir.

Hazırda orta hesabla "Azercell Telekom" şəbəkəsində mobil nömrə istifadəçilərinin sayı 4,5 milyon, "Bakcell" şəbəkəsində 2,8 milyondur. 2,4 milyon isə "Azerfon" şirkətinin şəbəkəsində istifadə edilən mobil nömrələrin payına düşür. Nəzərə alsaq ki, 2012-ci ilin nəticələrinə əsasən "Azercell Telekom" şirkətinin mobil nömrə istifadəçilərinin sayı 4,4 milyon, "Bakcell" istifadəçilərinin sayı 2,6 milyon, "Azerfon" şirkətinin istifadəçilərinin sayı 2 milyondan çox olub, 2013-cü ildə "Azerfon"un mobil nömrə istifadəçilərinin sayı 16%, "Bakcell" və "Azercell Telekom" şirkətlərinin mobil nömrə istifadəçilərinin sayı isə müvafiq olaraq 7,1% və 2,2% artıb.

Ötən ilin nəticələrini əsas götürərək demək olar ki, "Azercell Telekom" şirkətinin bazar payı 53,7%, "Bakcell"in bazar payı 28,8%, "Azerfon" şirkətinin bazar payı isə təqribən 25% təşkil edir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru