Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

23 Aprel

2014
10:46
4021
Amerikalı jurnalist Slovyanskda həbs olundu

FaktXəbər-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Ukraynanın Donetsk vilayətində yerləşən Slavyansk şəhərində yerli döyüşçülər amerikalı jurnalist Simon Ostorvskini saxlayıb. Bu barədə ictimaiyyətə şəhər meri Vyaçeslav Ponomarev məlumat verib. Hadisə ilə bağlı ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç də narahatlığını ifadə edib. O, amerikalı jurnalistin həbsini birbaşa təsdiqləməsə də, tərəfləri media nümayəndələrinə qarşı zorakılığı dayandırmağa çağırıb.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi mövzu ilə bağlı bunları deyib: "Mən əvvəlki kimi Ukraynadakı juranlistlərin durumuna görə narahatam. Ukraynadakı tərəflər jurnalistlərə qarşı təhqir və hücumları dayandırmalıdır. İmkan verilməlidir ki, media nümayəndələri öz işlərini yerinə yetirə bilsinlər. Simon Ostrovski isə dərhal azad olunmalıdır."

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 14:22

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru