Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Aprel

2014
10:25
2484
Daha bir DYP əməkdaşı sürücüyə `uduzdu`

Son günlər sosial şəbəkələrdə yol polisi əməkdaşları ilə mübahisə yaşayan sürücülər tərəfindən çəkilən videomatnriallar yayılmaqdadır. Maraqlıdır ki, həmin videoların demək olar ki, hamısında sürücülər haqlı çıxır. Avtosfer.az-ın təqdim etdiyi bu videomaterialda da sürücü yol polisi əməkdaşı ilə bir qədər rəsmi və «qanunun dili» ilə danışmağa çalışır ki, bu da sonda yol polisi inspektoru Məhəmməd Zeynalovun geri çəkilməsi ilə nəticələnir.

Sürücünü qadağan olunmuş yerdə ötmə əməliyyatı apardığı və sürət həddini aşdığı üçün saxladığını deyən yol polisi əməkdaşı xeyli çək-çevirdən sonra ondan sənədləri alır və ondan uzaqlaşır. Bir qədər sonra isə geri qayıdıb «xəbərdarlıq etdim» deyərək heç bir inzibati protokol tərtib etmədən sənədləri sürücüyə qaytarır. Hiss olunur ki, yol polisi əməkdaşı onun videosunun çəkildiyini başa düşür və «yerə düş, sözüm var» deyərək sürücünü maşından düşməyə dəvət edir. Lakin sürücü heç bir halda onun tələbini yerinə yetirmir. Maraqlıdır, əgər həmin sürücü inziabti xəta törətmişdisə və yol polisi əməkdaşı Zeynalovun da dediyi kimi, bunu sübut edəcək kamera görüntüləri də var idisə nə üüçün heç bir tədbir görmür? Məgər, hər video çəkən adam qanundan üstündür? Yoxsa Zeynalov səhv etdiyini, kamera görüntüsü-falan deyilən faktın olmadığını görüb heç bir tədbir görmədən sənədləri geri qaytardı?

Bu videodan bir daha aydın olur ki, yol polislərinin əksəriyyəti öz hüquqlarını bilmir və proseslərə kor-koranə yanaşırlar. Necə deyərlər, «tutar qatıq, tutmaz ayran».

Şərhlər
Nüsrəddin Məhərrəmov tərəfindən 23-04-2014 15:25:31 tarixində yazıldı
2:27-2:30 CU SANİYƏ
2:27-2:30 CU SANİYƏDƏ SÜRÜCÜ YOL POLİSİNƏ SUAL VERİR -HANSI SƏNƏDLƏRİ? QAYDALARI GÜCLÜ BİLƏN OĞLAN BİLMİRKİ, YOL POLİSİNƏ HANSI SƏNƏDLƏR TƏQDİM OLUNUR?
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru