Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Aprel

2014
09:48
2265
Elnur Aslanov haqqında deyilənləri yenə sükutla qarşıladı

Adı nurçularla əlaqədə hallandırılan Prezident Adminstrasiyasının sabiq şöbə müdiri Elnur Aslanov indi də Mərkəzi Kəşfiyyat İdarəsilə əməkdaşlıqda ittiham edilir. Vəzifəsindən azad ediləndən sonra “Xəbərçi"yə ilk açıqlamasında Elnur Aslanov barəsində səslənən ittihamlara cavab verib.

ANS-in verdiyi məlumata görə, araşdırmaçı jurnalist Eynulla Fətullayevin rəhbəri olduğu sayt bu dəfə Elnur Aslanovu - Prezident Adminstrasiyası Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin sabiq rəhbərini ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə işləməkdə günahlandırıb. Daha doğrusu, MKİ-nin kölgəsi kimi tanınan “Stratfor” özəl kəşfiyyat strukturu ilə Elnur Aslanovun sıx təmasları və qeyri-leqal əməkdaşlığına diqqət çəkib. Sayt Elnur Aslanovun elektron poçtundan Vaşinqtona göndərilən məktubun skrinşotunu da yayıb. 

Yazıda sözügedən təşkilatın Reve Balla adlı xanım əməkdaşının 2011-cu ilin payızında Bakıda olarkən Elnur Aslanovla sıx təmaslarından, Prezident aparatındakı kabinetində onunla görüşdüyündən danışılır. Araşdırma müəlilfinin ortaya qoyduğu yazışmalar fonunda son qənaəti isə belədir. Vaşinqtondan olan özəl kəşfiyyat agentləri Azərbaycana təkcə ölkə rəhbərliyi barədə məxfi informasiyalar toplamağa yox, həm də Fətullahçıların işini təftiş etmək, effektivliyi qiymətləndirmək üçün gəliblər. 

Baxın, bu da yazışmanın prinskrini. Bəli, əslində məsələdə maraq doğuran məqam da budur. Elnur Aslanov dövlətdə mühüm post tutmuş məmur olub və bu gün vəzifədən getdikdən sonra onun yazışmaları necə olur ki, bir jurnalistin əlinə keçir? İkincisi, burda dövlətin nüfuz məsələsi də var axı. Həmin məntiqlə vəzifədən gedən hər bir məmurun yazışmaları bir jurnalistin araşdırma predmeti olsa, dövlətdə sirr qalmaz ki? Düzdür, burda söhbət nə dövlət sirrindən, nə də ümumiyyətlə Elnur Aslanovun xidməti elektron ünvanından gedir. Söhbət sabiq şöbə müdirinin şəxsi e-mail adresindən gedir ki, onun da hələ sübuta ehtiyacı var. Hər halda, İKT üzrə ekspert Cahid İsmayıloğlu belə düşünür. 

Cahid İsmayıloğlunun sözlərinə görə, orada əsasən şəxsi e-mail adresindən istifadə olunub: “Şəxsən amerikadan aldığı görünür, yadından çıxıb, bu dövlət məmurunun şəxsi e-mail adresindən söhbət gedir. İkincisi, həqiqətən də e-mail adresində sübut fotoşopdan istifadə etməklə həmin şəkilləri ora qoymaq mümkündür. Texniki cəhətdən e-mail adresindən götürüldüyü başqa texniki prinskrin həqiqətən də sübut hesab oluna bilməz. Hər hansı bir dövlət məmurunun oğurlanması deyil. Onun adından olan yazışmaları. 

Elnur Aslanov isə vəzifədən getdikdən sonra barəsində deyilənləri həmişə sükutla qarşılayıb. Bu gün onun işlədiyi Rabitə və Yüksək Texnologiyalar Nazirliynə də məhz bu sükutun pozulacağı ümidiylə getdik. Elnur Aslanov bizi də, elə sualımızı da səmimi qarşıladı. Amma müsahibə verməyə niyyəti olmadığını bildirdi. 

PA-nın sabiq şöbə müdiri Elnur Aslanov dedi ki, hər şey yaxşı olacaq. Hər şey yaxşı olacaq, cavabında nə gizləndiyini əlbəttə Elnur Aslanov özü bilir. Amma belə təcrübələr heç də hər şeyin yaxşı olacağına işarə deyil. Əksinə, bu, dövlətin və dövlət məmurlarını informasiya təhlükəsizliyi məsələsini gündəmə gətirir ki, bu da onları əlbəttə ki, qayğılandırmalıdır. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru