Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

22 Aprel

2014
21:23
1191
`Mardan Palace` Ərdoğan üçün də başağrısına çevrilib

Bir neçə gündür Türkiyə mediası Azərbaycan əsilli yəhudi milyarder Telman İsmayılovdan yazır. Səbəb isə milyarderin Antalyada açdığı “Mardan Palace” otelinə görə “Halk Bank”dan 62,5 milyon dollar kredit alması və onu geri qaytarmaq istəməməsidir. 

FaktXəbər-in məlumatına görə, sözügedən qalmaqallı hadisə ilə bağlı ölkənin ana müxalifət partiyası olan CHP-nin başqan müavini Sezgin Tanrıqulu hökumətə rəsmi müraciət edib. Partiyadan baş nazir müavini Əli Babacana rəsmi şəkildə 4 sual ünvanlanıb. Sualları belədir:

1. Antalyada tikilən və 2009-cu ilin may ayının 26-da açılışı olan təxminən 1,4 milyard dollara başa gələn beşulduzlu “Mardan Palace” otelinin sahibi, Azərbaycan əsilli rus biznesmen Telman İsmayılova 2009 və 2011-ci illərdə “Halk Bank” tərəfindən verilən 62,5 milyon dolların batması xəbəri doğrudurmu?

2. “Halk Bank” tərəfindən Telman İsmayılova verilən 62,5 milyon dollarlıq kreditin qanunsuz olaraq verilməsi ilə bağlı iddia doğrudur?

3. “Mardan Palace” otelinin 913, 78 kv.m-lik hissəsi dövlət torpaqlarında tikilib. Dövlət torpaqları isə bankda ipotekaya qoyula bilməz. Amma bildirilir ki, həmin ərazi bankda ipotekadadır. Bu doğrudurmu?

4. Telman İsmayılovun Türkiyədə ortaq olduğu şirkətlər hansılardır?

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru