Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

22 Aprel

2014
16:32
1126
Növrəstə İbrahimova: “Bu gün cəmiyyətdə bir çox xanımlar Fatimeyi-Zəhradan deyil, başqalarından nümunə götürürlər”

Bu gün Əsgər Analarına Dəstək İctimai Birliyi Beynəlxalq Mətbuat Mərkəzindən Fatimeyi Zəhranın mövludu münasibətilə tədbir keçirib. Tədbiri birliyin sədri Növrəstə İbrahimova aparıb. 

N.İbrahomova Yaradanın Qurani-Kərimi insanları zülmətdən nura çıxarması üçün nazil edildiyini bildirərək, kafirlərin dünyaya çatmaq üçün göstərdiyi əzmi möminlərin Allaha çatmaq üçün göstərmədiyini dedi. Daha sonra Həzrət Fatimeyi-Zəhranın əzəmətindən, onun Allahın yanındakı məqamından danışdı. O, xanımları Həzrət Fatimədən nümunə götürməyə, ona  layiq olmağa dəvət elədi. Növrəstə xanım bu gün cəmiyyətimizdə yaşanan problemlərdən söz açdı: «Allah-Təalanın xatirinə aləmləri yaratdığı Xanımın tədbirlərinin keçirilməsinə bəzi maneələr yaradılır. Buna görə, bizlər, mömin qardaş və bacılar birləşərək bu əziyyətlərə sinə gərməliyik.” 

Növrəstə xanım daha sonra bildirdi ki, sosiologiyada qadın 4 obrazda - övlad, bacı, həyat yoldaşı və ana kimi  təsvir edilir: “Yer üzündə Həzrət Fatimə kimi atasına qayğı göstərən, həyat yoldaşına xanımlıq edən, övladına yüksək əxlaqlı tərbiyə edən bir qadın olmayıb. Bu sosioloji fiqurların hamısının qadın simasında birləşməsinin yeganə nümunəsi Həzrət Fatimeyi-Zəhradır.

Azərbaycanın həm bizim Vətənimiz, həm də müqəddəs bir yerdir. Vətənimizin insanları Əhli-Beytə o qədər bağlı olub ki, Allah-Təala bu torpaqda Peyğəmbər balalarına sığınacaq verib. Heç təsadüfi deyil ki, Əhli-Beyt nümayəndələrindən biri Nardaran kəndində, digəri Bibi-Heybətdə dəfn edilib. Amma təəssüflər ki, bu gün cəmiyyətdə bir çox xanımlar Fatimeyi-Zəhradan deyil, başqalarından nümunə götürürlər. Ancaq bu millətin qanında var ki, insanları nə qədər pis yola döndərsələr də , Fatimeyi-Zəhra birinci nümunə məktəbi olacaq.”

Tədbir digər iştirakçıların çıxışı ilə davam edib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 14:23

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru