Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

22 Aprel

2014
15:32
2238
Bütün bahalaşmalar bu il həyata keçiriləcək
Samir Əliyev: “Metroda reklamların yığışdırılması qiymətlərin qaldırılmasına əsas verə bilər”

"Bakı Metropolitenin büdcəsi bir neçə mənbədən maliyyələşir. Bunlar dövlət büdcəsi, gediş haqları, metro tunellərində fəaliyyət göstərən ticarət köşkləri və stansiyalara, qatarlara vurulan reklamdan gələn maliyyədir. Artıq sözügedən maliyyə mənbələrinin bir neçəsi sıradan çıxarılıb. Belə olan halda güc yenidən gediş haqlarının üzərinə düşəcək.”

Bu sözləri FaktXeber.com-a iqtisadçı-ekspert Samir Əliyev, “Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynovun göstərişinə uyğun olaraq metro stansiyalarında və qatarlarda reklamların yığışdırılması məsələsinə münasibət bildirərkən qeyd edib.

Müsahibin sözlərinə görə, metropolitendən reklamların yığışdırılması müvəqqəti xarakter daşıyır:

“Düşünürəm ki, reklamlar yenidən qaytarılacaq. Eyni halda mümkündür ki, ticarət obyektləri tamamilə yığışdırılmasın. Lakin qiymətləri qaldırmaq üçün bəhanə həmişə olub və reklamların, ticarət köşklərinin yığışdırılması da bu bəhanələrdən biridir. Tağı Əhmədov Bakı Metropolitenin rəhbəri olduğu dövrlərdə açıqlama vermişdi ki, metro vasitəsilə bir nəfərin daşınması 49 qəpiyə başa gəlir. Təsəvvür edin ki, bir tərəfdən qiymətlər qalxır, bir tərəfdən də maya dəyəri artır. Əgər nəzəri olaraq metroda bir nəfər sərnişin daşınması 50 qəpiyə qaldırılsa, inandırım ki, 2 aydan sonra Bakı Metropoliten rəhbərliyi növbəti dəfə açıqlama ilə çıxış edəcək ki, bu qiymət 70-80 qəpiyə başa gəlir.” 

Sərnişin daşınma ilə bağlı həyata keçirilən qiymətləndirmədə şəffaflığın olmadığını söyləyən ekspert, “belə ki, qiymətləndirmənin hansı yollarla aparılması barədə heç kəsə məlumat verilmir”, - deyə bildirdi:

“Metroda reklamların yığışdırılması qiymətlərin qaldırılmasına əsas verə bilər. Lakin qiymətlər qaldırılacağı halda isə bu çox böyük məbləğdə olmayacaq. Yəni qiymətləri deyilən maya dəyərinə çatdıra bilməyəcəklər. Qiymətlər maksimum şəkildə 30 qəpiyə qədər qaldırıla bilər.”

Samir bəy onu da bildirdi ki, bütün qiymət artımlarının hamısı 2014-cü ildə baş verəcək. Ona görə ki, gələn il seçki ilidir və hakimiyyətə qiymətləri artırmaq heç bir halda sərf etməyəcək: “Bu baxımdan 2014-cü ildə metroda gediş haqlarının qaldırıla bilər.” 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru